Qəbələ şəhəri:
Qəbələ şəhəri Azərbaycan şəhəridir və Qəbələ rayonunun paytaxtıdır. 1991-ci ilədək şəhər Kutkaşen kimi tanınırdı, lakin Azərbaycanın müstəqilliyindən sonra şəhəri arxeoloji ərazisi təxminən 20 km cənub-qərbdə olan qədim Qafqaz Albaniyasının keçmiş paytaxtı olan Qəbələ şəhərinin şərəfinə adlandırıldı.
Turizm və alış-veriş mərkəzləri:
Qəbələnin çox yaxşı yaz iqlimi, dağlar boyunca meşə birləşməsi və şəhərdə inşa olunmuş çox sayda mehmanxana və mənzillərin istifadəsi bu şəhəri məşhur turist məkanına çevirmişdir. Bir çox otel zəncirləri bu şəhərdə yerləşir. Bölgənin təbii iqlim şəraiti bu şəhərdə həm yay və həmdə qış turizminin inkişafı üçün imkanlar yaradır. Bundan başqa, respublikanın ən yüksək dağlıq zirvəsi - Bazarduzu dağı (4466 metr) bu bölgədə yerləşir.
Qəbələnin digər turist cəlb edən nöqtələrindən biri Yeddi Gözəll Şəlaləsidir. Bu şəlaləyə qalxmaq üçün yeddi mərhələ var. Şəlalə Vandam kəndinin qərbində olan əsas yolun yaxınlığındakı meşədə yerləşir. Şəlaləyə dırmaşmaq çətin olmasına baxmayaraq, bu əziyyətətə dəyər. Hər il minlərlə insan şəlaləni ziyarət edir.
Şəhərdə "Gabaland" əyləncə parkı, buz konkisürmə meydançası və yunan stili teatr, hansıki xüsusən də açıq havada təşkil olunacq konsertlər üçün tikilmişdir. "Gabaland" Qafqaz regionunda ən maraqlı əyləncə parkıdır, çoxsaylı və əyləncəli oyunları və fantastik Qəbələ Resort mehmanxanasının birləşməsi bu ərazini gözəl bir istiahət mərkəzinə çevirmişdir. Qonaqlar 16 hektarlıq Gabaland ərazisində yerləşən rahat və geniş park sahəsindən, inanılmaz dağ mənzərəsindən, təmiz havadan, kafedə bişirilən dadlı yeməklərdən və gözəl çiçəklərlə dolu bağdan həzz ala bilərlər. Qəbələdə bir neçə ticarət mərkəzi vardır. Qəbələ alış-veriş mərkəzi ən məşhur mərkəzdir.
Həmçinin Qəbələ Qafqazın ən böyük xizək mərkəzlərindən olan Tufandağ Kompleksinə malikdir. Kompleks gündə 3000 nəfərədək qonağa xidmət göstərir.