İsmayıllı rayonu əsasən Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan Həftəran vadisində yerləşir.
Rayonun ərazisində ən yüksək zirvələr Baş Suayrıcı silsiləsində Babadağ zirvəsi (3629 m), Əsəddağ (3471 m), Qaraburğa (3345 m), Şahnəzərdağ (2874 m) və Qəmçə dağıdır (2139 m.). İsmayıllı rayonunda 109 yaşayış məntəqəsi var. Onlardan biri şəhər (İsmayıllı), ikisi şəhər tipli qəsəbə (Lahıc, Basqal) yüz altısı isə yaşayış məntəqələridir. Şəhərdən Bakıya qədər olan məsafə 175 kilometrdir.
Turizm və alış-veriş mərkəzləri :
Lahıc qəsəbəsi öz misgərliyi ilə dünyaya səs salıb. Qədimliyinə görə bu qəsəbə İsmayıllı rayonunun özündən belə qədimdir.
Şəhərdə "Qız qalası" istirahət zonası Ax-ox çayının sahilində Nağakənd bölgəsində yerləşir.Burada hər birində 1 otaq olmaqla 3 kotej (1-2 nəfər üçün) və hər birində 2 otaq olmaqla (3-5 nəfər üçün) 7 kotej yerləşir.Həmçinin turistlər üçün kiçik trenajor zalı da fəaliyyət göstərir. İsmayıllının İvanovka kəndində tam təmirli və tam şəraitli "İvanovka Guest House" qonaq evi yerləşir.