AZƏRBAYCAN

ŞAMAXI

Şamaxı Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşir. Şərqdən Pirsaat çayı, şimal və şimal-qərbdən Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi, Meysəri dağı, cənubdan Zogalavay çayı ilə əhatə olunur. Bakı-Qazax avtomagistralının Bakıdan qərbə 122-ci kilometrində yerləşir.

Şamaxı Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir. Şamaxı torpaqlarının təbii şəraiti lap qədim vaxtlardan insanlar cəlb edirdi. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, mineral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır.

Rayonun ən məşhur turizm zonalarından biri Pirqulu kəndidir. Bu diyar yayda, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir. Bakılı alpinistlərin çox xoşladıqları Babadağ zirvəsi də Şamaxı rayonun ərazisindədir.

CITY TRAVEL
M.K Araturk pr 12/28, Narimanov district, Baku AZ1100, Azerbaijan
+99412 4440223
+994504440223, + 994554440223, +994704440223
SAYTIN İSTEHSALI STUDIO.AZ